Su basmış bir sıra ərazilərdən 166 nəfər vətəndaş təxliyə olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Su basmış bir sıra ərazilərdən 166 nəfər vətəndaş təxliyə olundu

Oksana Orucova15:18 - Bu gün
Su basmış bir sıra ərazilərdən 166 nəfər vətəndaş təxliyə olundu

Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində 17-si azyaşlı olmaqla 166 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər