Qəzzada ölənlərin sayı 72 mini keçdi
İsrail ordusunun 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 72 min 312 nəfərə yüksəlib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində bölgədəki xəstəxanalara 10 nəfərin meyiti və 44 yaralı gətirilib.
Bundan əlavə, 2025-ci il oktyabrın 10-da qüvvəyə minmiş atəşkəsdən sonra belə İsrail hücumları nəticəsində 733 nəfər həyatını itirib, 2 min 34 nəfər yaralanıb. Dağıntılar altından isə 759 nəfərin cənazəsinin çıxarıldığı qeyd olunur.
Ümumilikdə, 2023-cü ilin oktyabrından bu günə qədər Qəzza zolağında baş verən hücumlar nəticəsində yaralananların sayı 172 min 134 nəfərə çatıb.
Bildirilib ki, hazırda da Qəzza zolağında dağıntılar altında minlərlə insanın cənazəsinin qaldığı ehtimal olunur.












