Pezeşkian: İran üçün canımı fəda etməyə hazıram | 1news.az | Xəbərlər
Dünya

Pezeşkian: İran üçün canımı fəda etməyə hazıram

Oksana Orucova14:40 - Bu gün
Pezeşkian: İran üçün canımı fəda etməyə hazıram

İran Prezidenti Məsud Pezeşkian ölkəsi naminə canını fəda etməyə hazır olduğunu bəyan edib.

1news.az xəbər verir ki, bunu Pezeşkian öz "X" hesabında yazıb.

Pezeşkian bildirib ki, 14 milyondan çox iranlı ölkəni müdafiə etmək üçün həyatını qurban verməyə hazır olduğunu açıqlayıb.

Pezeşkian ABŞ-nin yeni hücum təhdidindən sonra sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, könüllülərin bir araya gəldiyi “Canfeda” kampaniyası çərçivəsində çoxsaylı vətəndaşlar səfərbər olmağa hazırdır:

“Bu günədək 14 milyondan çox cəsur iranlı İranı müdafiə etmək üçün canını fəda etməyə hazır olduğunu bəyan edib. Mən də İran üçün canımı fəda etmişəm, edirəm və etməyə davam edəcəyəm”.

Məlumata görə, ABŞ və İsraillə bağlı gərginliyin artdığı bir vaxtda bu cür çağırışlar daha da intensivləşib.

Qeyd edək ki, İsrail 24 fevral tarixindən etibarən başladığı hücumlar çərçivəsində Əli Xamenei və Əli Laricani də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərə qarşı sui-qəsdlər həyata keçirib.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər