Yanvar–mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanvar–mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

Qafar Ağayev12:33 - Bu gün
Yanvar–mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

1news.az xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599,0 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5.0 faiz üstələyib.

Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 012,5 milyon manat proqnoza qarşı 7 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97.6 faiz təşkil edir.

2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 852,6 milyon manat, xərcləri isə 9 043,6 milyon manat məbləğində icra edilib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər