Azərbaycan və Gürcüstan mərkəzi bankları təcrübə mübadiləsi aparıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Gürcüstan mərkəzi bankları təcrübə mübadiləsi aparıb

Qafar Ağayev12:51 - Bu gün
Azərbaycan və Gürcüstan mərkəzi bankları təcrübə mübadiləsi aparıb

Azərbaycan və Gürcüstan mərkəzi bankları arasında təcrübə mübadiləsi aparılıb.

Bu barədə 1news.az-a Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə Gürcüstan Milli Bankının nümayəndə heyəti AMB-də işgüzar səfərdə olub.

Səfər çərçivəsində təşkil edilən görüşlərdə maliyyə sabitliyi funksiyaları üzrə fəaliyyətin həyata keçirilməsi, makroprudensial siyasət çərçivəsinin formalaşdırılması, ev təsərrüfatları, qeyri-maliyyə sektoru və daşınmaz əmlak bazarı üzrə maliyyə sabitliyinin qiymətləndirilməsinə dair hər iki ölkənin mərkəzi banklarının təcrübələri müzakirə olunub.

Görüşlər zamanı stres-test çərçivəsi, həmçinin fiziki və keçid riskləri üzrə iqlim stres-testlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər