“TikTok”da təhlükəli trend Azərbaycana da çatdı: müəllimləri təhqir edənlər araşdırılır – AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

“TikTok”da təhlükəli trend Azərbaycana da çatdı: müəllimləri təhqir edənlər araşdırılır – AÇIQLAMA

Qafar Ağayev17:13 - Bu gün
“TikTok”da təhlükəli trend Azərbaycana da çatdı: müəllimləri təhqir edənlər araşdırılır – AÇIQLAMA

Son dövrlərdə "TikTok" sosial şəbəkəsində Bakı şəhərində yerləşən müxtəlif məktəblərdən olan müəllimlərin fotolarından ibarət videolar rus dilində təhqiramiz musiqi fonunda paylaşılır.

Bu səhifələrdə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bəzi məktəblərin müəllimləri hədəfə alınır. Paylaşımlarda müəllimlərin ünvanına təhqiramiz ifadələr işlədilir, onların nüfuzuna xələl gətirən məzmunlar yayılır.

Belə paylaşımlar qısa müddətdə geniş auditoriyaya çatır. Xüsusilə şagirdlər arasında bu məzmunlar sürətlə yayılır. Nəticədə müəllimlərə qarşı hörmətsiz yanaşmanın formalaşdığı müşahidə olunur.

Daha əvvəl də oxşar məzmun paylaşan bəzi səhifələr şikayətlərdən sonra silinib. Lakin buna baxmayaraq, yeni anonim hesabların yaradılması davam edir. Bu isə problemin hələ də aktuallığını qoruduğunu göstərir.

Onu da qeyd edək ki, bu paylaşım formatı və ümumilikdə bu təhlükəli trend sosial şəbəkənin Rusiya seqmentində daha əvvəl geniş yayılıb. Bu tip paylaşımlarda adətən müəllimlərin və ya digər şəxslərin fotoları təhqiramiz musiqi və ifadələrlə təqdim olunur. Qısa müddətdə "məşhurlaşan" bu kontentlər müxtəlif ölkələrin istifadəçiləri tərəfindən də təkrarlanır. Nəticədə trend digər ölkələrdə, o cümlədən Azərbaycan istifadəçiləri arasında da yayılmağa başlayıb.

Sosial şəbəkənin Rusiya seqmentində yayılan

Bəs görəsən, Azərbaycanda bunun qarşısını almaq, müəllimləri təhqir edən şəxslərin məsuliyyətə cəlb olunması üçün hansısa addımlar atılırmı?

"TikTok"da Azərbaycan məktəbləri ilə bağlı yayılan videonun ekran görüntüsü

1news.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Paylaş:
157

Son xəbərlər

Bütün xəbərlər