Azərbaycan XİN ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayır

11:11 - Bu gün
Azərbaycan XİN ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan olunmuş atəşkəslə bağlı bəyanat yayıb.

1news.az xəbər verir ki, bəynaatda bildirilib:

Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.

Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk.

Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.

Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.

Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər