ABŞ-də təyyarə qəzası: Ölənlər var | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də təyyarə qəzası: Ölənlər var

Oksana Orucova16:10 - 09 / 04 / 2026
ABŞ-də təyyarə qəzası: Ölənlər var

ABŞ-nin Arizona ştatında kiçik təyyarənin uçuş-enmə zolağından çıxaraq alovlanması nəticəsində 2 nəfər həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin Marana Hava Limanında baş verdiyi bildirilir. Məlumata görə, “Piper PA-32” tipli kiçik təyyarə zolaqdan çıxaraq yanmağa başlayıb.

Rəsmi şəxslər təyyarədə olan 2 nəfərin hadisə nəticəsində həlak olduğunu açıqlayıb.

Qəza ilə bağlı ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırmalara başlanıldığı bildirilib.

Paylaş:
511

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər