Ermənistanda parlament seçkilərinin qalibi bəlli olub | 1news.az | Xəbərlər
Dünya

Ermənistanda parlament seçkilərinin qalibi bəlli olub

Qafar Ağayev10:36 - Bu gün
Ermənistanda parlament seçkilərinin qalibi bəlli olub

Ermənistanda parlament seçkilərinin nəticələrinə əsasən, bülletenlərin 100 faizi hesablandıqdan sonra Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 49,81 faiz səs toplayıb.

1news.az xəbər verir ki, Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadən yerli media bu barədə məlumat yayıb.

“Vətəndaş müqaviləsi” partiyasına ümumilikdə 727 min 160 seçici səs verib.

İş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,29 faiz, sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,94 faiz, iş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 4 faiz səs toplayıb.

Digər partiya və bloklar isə parlamentə keçid üçün müəyyən edilmiş baryeri keçə bilməyiblər.

Paylaş:
145

Son xəbərlər

Bütün xəbərlər