Pakistanda bombalı hücum: Ölənlər var
Pakistanın Turbat şəhərində baş verən bombalı hücum nəticəsində 3 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, magistral yolun kənarında yerləşdirilmiş əl istehsalı partlayıcı qurğu nəqliyyat vasitələrinin keçidi zamanı işə salınıb. Partlayış nəticəsində hadisə yerində insan tələfatı qeydə alınıb.
Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları hücum nəticəsində 3 nəfərin həyatını itirdiyini, 1 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildiriblər.
Həlak olanların meyitləri zəruri məhkəmə-tibbi və istintaq prosedurları tamamlandıqdan sonra ailələrinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
64












