Rusya–Ukrayna müharibəsində Pasxa atəşkəsi elan olundu
Rusiya Ukrayna ilə müharibədə Pasxa bayramı ilə əlaqədar qısa müddətli atəşkəs elan edib.
1news.az xəbər verir ki, Vladimir Putin Ukrayna ilə müharibədə Pasxa bayramı münasibətilə yerli vaxtla aprelin 11-i saat 16:00-dan aprelin 12-si gününün sonunadək atəşkəs elan edib.
Kremlin tərəfindən yayılan açıqlamada bildirilib ki, yaxınlaşan pravoslav Pasxa bayramı ilə əlaqədar bu müddət ərzində döyüş əməliyyatları dayandırılacaq.
Rəsmi Moskva Ukrayna tərəfinin də eyni addımı atacağını gözlədiyini qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Pasxa atəşkəsinə əməl edəcəklərini bildirib.
113












