Məşhur aktrisanın ölkədən çıxışına qadağa qoyuldu | 1news.az | Xəbərlər
Dünya

Məşhur aktrisanın ölkədən çıxışına qadağa qoyuldu

15:53 - Bu gün
Məşhur aktrisanın ölkədən çıxışına qadağa qoyuldu

Türkiyənin İstanbul şəhərində məşhur şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində aktrisa Ahsen Eroğlu ilə bağlı yeni qərar verilib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, haqqında saxlanılma qərarı çıxarılan aktrisa İstanbula gəlib.

Bildirilib ki, şəhərdən kənarda olduğu üçün saxlanıla bilməyən Ahsen Eroğlu prokurorluqda dindirildikdən sonra sərbəst buraxılıb.

Qərara əsasən, aktrisa barəsində “ölkədən çıxışa qadağa” şəklində məhkəmə nəzarəti tədbiri seçilib.

Qeyde dək ki, A.Eroğlu “Muhteşem Yüzyıl”, “İstanbullu gelin”, “Menajerimi ara”, “Kuzgun”, “Deha”, “Rüya gibi” vəs. bir çox məşhur seriallarda yaddaqalan obrazlar canlandırıb.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər