Ağsuda su borularını oğurlayan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda su borularını oğurlayan şəxs saxlanıldı

13:03 - Bu gün
Ağsuda su borularını oğurlayan şəxs saxlanıldı

Ağsuda oğurluq hadisəsi qeydə alınıb.

1news.az xəbər verir ki, rayon ərazisində 120 metr uzunluğunda iri diametrli su boru kəməri naməlum şəxs tərəfindən talanıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Namiq Haxverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, N.Haxverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər