Hesablama Palatası: Ötən il 101,5 milyon manat vəsait büdcəyə bərpa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hesablama Palatası: Ötən il 101,5 milyon manat vəsait büdcəyə bərpa edilib

12:21 - Bu gün
Hesablama Palatası: Ötən il 101,5 milyon manat vəsait büdcəyə bərpa edilib

Hesablama Palatasının 2025-ci ildə keçirdiyi nəzarət tədbirləri nəticəsində 1 milyard 554 milyon manatlıq nöqsan aşkarlanıb.

1news.az xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, aşkarlanmış nöqsanların 584,8 milyon manatı uyğunsuzluqlar, 626,3 milyon manatı maliyyə təhrifləri, 342,9 milyon manatı isə səmərəsiz xərclərdən ibarət olub.

Sədr qeyd edib ki, büdcəyə hesablanmış zərərin 101,5 milyon manatı üzrə vəsaitin bərpası təmin edilib, 40,2 milyon manatlıq materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər