Türkiyədə məşhurlara narkotik əməliyyatı: Beren Saat və Kenan Doğulu saxlanılanlar arasında | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə məşhurlara narkotik əməliyyatı: Beren Saat və Kenan Doğulu saxlanılanlar arasında

First News Media10:21 - Bu gün
Türkiyədə məşhurlara narkotik əməliyyatı: Beren Saat və Kenan Doğulu saxlanılanlar arasında

Məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində aktyor Enis Arıkan, aktrisa Beren Saat və müğənni Kenan Doğulunun da aralarında olduğu 22 nəfər saxlanılıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları istintaq çərçivəsində barələrində saxlanılma qərarı verilən 22 şübhəlini nəzarətə götürüb.

Məlumata görə, saxlanılanlar arasında teatr və kino aktyoru Enis Arıkan, aktrisa Beren Saat və müğənni Kenan Doğulu da var. Saxlanılanların sayının arta biləcəyi bildirilir.

Tibbi müayinədən keçirilən məşhurlar ifadələrinin alınması üçün Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin Küçükçekmece rayonunda yerləşən qərargahına aparılıblar.

Bildirib ki, səhər saatlarında məşhurlara qarşı yeni narkotik əməliyyatı keçirilib. Onun sözlərinə görə, saxlanılan şəxslərin tam siyahısı hələ açıqlanmasa da, Enis Arıkanın əməliyyat çərçivəsində saxlanıldığı barədə məlumatlar daxil olub. Saxlanılan məşhurların polis idarəsindəki prosedurları hazırda davam edir.

Paylaş:
62

Son xəbərlər

Bakıda obyekt yanır

Bu gün, 11:22
Bütün xəbərlər