Pakistanda hərbi helikopter qəzaya uğrayıb: Ən azı 22 nəfər həlak olub | 1news.az | Xəbərlər
Dünya

Pakistanda hərbi helikopter qəzaya uğrayıb: Ən azı 22 nəfər həlak olub

First News Media12:58 - Bu gün
Pakistanda hərbi helikopter qəzaya uğrayıb: Ən azı 22 nəfər həlak olub

Pakistanın nəzarətində olan Kəşmir bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində ən azı 22 nəfər həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan mətbuatının yaydığı məlumata görə, Azad Cammu və Kəşmir bölgəsinin Müzəffərabad şəhəri yaxınlığında orduya məxsus helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) tərəfindən verilən açıqlamada bildirilib ki, orduya məxsus Mil Mi-17 tipli helikopter Müzəffərabad yaxınlığında havaya qalxarkən texniki nasazlıq səbəbindən yerə çırpılıb.

Açıqlamada helikopterin ekipaj üzvlərinin həlak olduğu qeyd olunub. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Hadisə nəticəsində ölənlərin sayının ən azı 22 nəfər olduğu qeyd edilir. Rəsmi qurumlar tərəfindən əlavə məlumatların açıqlanacağı gözlənilir.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər