ABŞ Şərqi Sakit okeanda qayığı vurdu: Ölənlər var
ABŞ-nin United States Southern Command (SOUTHCOM) şirkəti, Şərqi Sakit okeanda narkotik daşıdığı iddia edilən bir qayığın vurulduğunu və hücum nəticəsində 4 nəfərin həyatını itirdiyini açıqlayıb.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, qurumun X sosial media platformasındakı hesabında yayılan məlumatda qeyd olunub ki, əməliyyat zamanı narkotik daşıdığı bildirilən qayıq zərərsizləşdirilib.
Açıqlamada kəşfiyyat məlumatlarının həmin qayıqlarda narkotik qaçaqmalçılığı fəaliyyəti həyata keçirildiyini təsdiqlədiyi iddia olunub. Hadisə anına dair görüntülərin də paylaşıldığı bildirilib.
Qeyd edək ki, SOUTHCOM bundan əvvəl də oxşar əməliyyatlar barədə məlumat yayıb. Belə ki, qurum bir gün əvvəl Şərqi Sakit okeanda daha bir qayığın vurulduğunu və 2 nəfərin öldüyünü açıqlamışdı. Aprelin 13-də isə iki qayığın vurulduğu və nəticədə 5 nəfərin həyatını itirdiyi bildirilmişdi.












