Binəqədidə yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

12:10 - 15 / 04 / 2026
Binəqədidə yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Bakının Binəqədi rayonunda mebel sexinin fəaliyyəti dayandırılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 21 ünvanında fəaliyyət göstərən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 21 ünvanında yerləşən mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Paylaş:
222

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər