Paytaxtda mağazadan 2900 manat dəyərində telefon oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda mağazadan 2900 manat dəyərində telefon oğurlanıb

14:38 - 16 / 04 / 2026
Paytaxtda mağazadan 2900 manat dəyərində telefon oğurlanıb

Paytaxtın Yasamal rayonunda elektronika mağazalarının birindən 2900 manat dəyərində mobil telefon oğurlanıb.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı O.Burciyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədib. Saxlanılan şəxsin Nəsimi rayonu ərazisindəki mağazadan da 750 manat dəyərində qızıl-zinət əşyası talaması məlum olub.

Araşdırmalar davam etdirilir.

Paylaş:
481

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər