Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO

15:43 - Bu gün
Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO

Neftçala rayonu, Birinci Qaralı kəndində fəaliyyət göstərən, fiziki şəxs Əskərov Əhəd Maqsud oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

1news.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı marketdə bir sıra nöqsanlar müəyyən edilib, yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb. Həmçinin obliqat qrupuna aid işçinin tibbi müayinədən keçmədiyi məlum olub.

Fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, tibbi müayinədən keçməyən işçinin kənarlaşdırılması və istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər