ABŞ-də işsizlik müavinətinə müraciətlər gözləntilərdən aşağı olub | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də işsizlik müavinətinə müraciətlər gözləntilərdən aşağı olub

Oksana Orucova17:24 - Bu gün
ABŞ-də işsizlik müavinətinə müraciətlər gözləntilərdən aşağı olub

ABŞ-də işsizlik müavinətinə ilkin müraciətlərin sayı 11 aprel ilə bitən həftədə 207 min təşkil edərək gözləntilərdən aşağı olub.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Reuters agentliyinin sorğusunda iştirak edən iqtisadçılar bu göstəricinin 215 min səviyyəsində olacağını proqnozlaşdırırdılar.

ABŞ Əmək Nazirliyinin mövsümi təsirlərdən təmizlənmiş məlumatlarına əsasən, 4 aprel ilə bitən həftə üzrə əvvəl 219 min olaraq açıqlanan müraciət sayı 218 minə düzəldilib.

Əmək bazarındakı meyilləri daha dəqiq əks etdirdiyi hesab olunan dörd həftəlik orta göstərici isə 11 aprel ilə bitən həftədə 209 750-yə yüksəlib.

Eyni zamanda, işsizlik müavinətindən yararlananların ümumi sayı 4 aprel ilə bitən həftədə 1,8 milyon nəfərə çatıb.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər