İran İsrailə qarşı hərbi əməliyyatları dayandırıb
İran İsrailə qarşı hərbi əməliyyatları dayandırdığını elan edib.
1news.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, İran Silahlı Qüvvələri İsrailə qarşı zərbələri dayandırsa da, Livanda eskalasiya baş verəcəyi təqdirdə yeni hücumlar istisna olunmur.
Tehranda vurğulanıb ki, əgər İsrail ordusu Livanda “Hizbullah” qruplaşmasına qarşı əməliyyatları davam etdirərsə, İran daha sərt cavab verəcək.
Qeyd edək ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbələri endirib. Tehran bu addımını İsrailin Livanda davam edən hərbi əməliyyatları ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrindəki hərbi obyektlərə hücum edib.
ABŞ Prezidenti Donald Trump isə tərəfləri təmkinli olmağa çağırıb.












