WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb

11:28 - Bu gün
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbirində iştirak etmək üçün 174 ölkədən 20 000 nəfər qeydiyyatdan keçib.

1news.az bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.

WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər