Avropada dövlət qurumları əməkdaşlarına WhatsApp QADAĞASI | 1news.az | Xəbərlər
Dünya

Avropada dövlət qurumları əməkdaşlarına WhatsApp QADAĞASI

Oksana Orucova09:54 - Bu gün
Avropada dövlət qurumları əməkdaşlarına WhatsApp QADAĞASI

Avropada hökumətlərin dövlət sektorunda çalışan əməkdaşların ABŞ mənşəli mesajlaşma tətbiqləri olan WhatsApp və Signal istifadəsini məhdudlaşdırmağa başladığı bildirilir.


1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, Fransa, Almaniya, Polşa, Niderland, Lüksemburq və Belçika hökumətləri nəzarət edə bilmədikləri mesajlaşma platformalarından imtina edərək, onların əvəzinə yerli tətbiqlərin hazırlanması istiqamətində addımlar atır.


Bu çərçivədə hökumətlər dövlət qulluqçuları üçün WhatsApp və Signal kimi tətbiqlərin istifadəsini getdikcə daha çox məhdudlaşdırır.


Məlumata əsasən, Avropa ölkələri və Avropa İttifaqı qurumları bu qərarı məlumat suverenliyi və təhlükəsizlik səbəbləri ilə əsaslandırır.
Hazırda bu tətbiqlərin yerinə dövlət nəzarətində olan, qapalı sistemli mesajlaşma platformalarının tətbiqi planlaşdırılır.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər