Gürcüstan və Qazaxıstan prezidentləri Orta Dəhlizin inkişafını müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan və Qazaxıstan prezidentləri Orta Dəhlizin inkişafını müzakirə ediblər

16:53 - Bu gün
Gürcüstan və Qazaxıstan prezidentləri Orta Dəhlizin inkişafını müzakirə ediblər

Mixeil Kavelaşvili Qazaxıstanın paytaxtı Astanada ölkə Prezidenti Kasım-Jomart Tokayevlə görüş keçirib.

1news.az report-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının yaydığı məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin inkişafını və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Kavelaşvili bildirib ki, Orta Dəhlizin genişlənməsi üçün ciddi potensial mövcuddur və bu marşrutun inkişafı istiqamətində birgə səylərin artırılması vacibdir.

Tərəflər, həmçinin vurğulayıblar ki, iki ölkə arasında illərdir davam edən ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq sənədinin imzalanmasını zəruri edir.

Qeyd edək ki, Mixeil Kavelaşvili Astanada keçirilən regional ekoloji sammitdə iştirak etmək üçün Qazaxıstanda səfərdədir.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər