Tarixdə bu gün – 22 aprel nə günüdür?
Tarixdə hər bir gün müəyyən hadisələrlə yadda qalır.
1news.az 22 aprel tarixində dünyada və ölkəmizdə baş vermiş hadisələri təqdim edir:
1370-ci il 22 aprel — Fransa kralı V Çarlzın əmrinə əsasən Bastiliya qalasının inşasına başlanılıb.
1500-cü il 22 aprel — Pedro Alvarez Kabral Braziliyaya səyahət etmiş və oranı kəşf etmişdir.
1519-cu il 22 aprel — İspan konkistador Ernan Kortes Verakruz, Meksikada yeni yaşayış yeri salır.
1724-cü il 22 aprel : Alman filosofu İmmanuel Kant anadan olub.
1870-ci il 22 aprel : Vladimir Lenin (Ulyanov) anadan olub.
1906-cı il 22 aprel — Afinada 1906 növbədənkənar yay Olimpiya oyunları keçirilib.
1970-ci il 22 aprel- Yer Günü ilk dəfə olaraq qeyd edilib.
1970-ci il 22 aprel Türkiyə qəzeti fəaliyyətə başlayıb.
1977-ci il 22 aprel — Optik lif ilk olaraq canlı telefon trafikini daşımaq üçün istifadə olunub.
1994-cü il 22 aprel — Azərbaycan və Əlcəzair arasında diplomatik əlaqələr qurulmuşdur.
1994-cü il 22 aprel: ABŞ-ın 37-ci prezidenti Riçard Nikson vəfat edib.
2004-cü il 22 aprel— Şimali Koreyada iki qatar toqquşub: 150 nəfər dünyasını dəyişib.
2018-ci il 22 aprel — "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
Qeyd edək ki, 22 aprel dünyada Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd edilir.












