AAYDA təhlükəsizlik tədbiri görmədi, sürücü qəza törətdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

AAYDA təhlükəsizlik tədbiri görmədi, sürücü qəza törətdi - VİDEO

Qafar Ağayev14:14 - Bu gün
AAYDA təhlükəsizlik tədbiri görmədi, sürücü qəza törətdi - VİDEO

Ötən gecə saat 23:30 radələrində 20-ci sahə–Badamdar istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az Bakues.az-ə istinadən xəbər verir ki, şikayət edən sürücü bildirib ki, hadisə yolda aparılan təmir işləri zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması səbəbindən baş verib.

Məlumata görə, təmir sahəsinə yaxınlaşan hissədə heç bir xəbərdaredici nişan, gecə vaxtı görünən işıqqaytarıcı element və ya xüsusi maneə göstəricisi quraşdırılmayıb. Sürücü müəyyən edilmiş 60 km/saat sürət həddi ilə hərəkət etdiyi halda maneəni vaxtında görməyib və avtomobil təmir sahəsinə düşərək ciddi maddi ziyan alıb.

Qəza anı avtomobildə quraşdırılmış videoregistrator vasitəsilə qeydə alınıb. Hadisə ilə bağlı AAYDA-nın təhlükəsizlik tədbirləri görmədiyi iddia olunur.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər