Füzuli şəhərində bərpa işləri ilə bağlı təqdimatda milyarder Vahid Ələkbərov da iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzuli şəhərində bərpa işləri ilə bağlı təqdimatda milyarder Vahid Ələkbərov da iştirak edib - FOTO

14:36 - Bu gün
Füzuli şəhərində bərpa işləri ilə bağlı təqdimatda milyarder Vahid Ələkbərov da iştirak edib - FOTO

Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində aparılan bərpa işləri ilə bağlı təqdimat keçirilib.

1news.az "Report"a istinadən xəbər verir ki, təqdimat Füzuli Beynəlxalq Hava Limanında baş tutub.

Təqdimatda iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, LUKOIL neft şirkətinin qurucusu Vahid Ələkbərov və "LUKOIL Azərbaycan" QSC-nin baş direktoru Rasim Əmrəliyev iştirak ediblər.

Təqdimatı E.Hüseynov edib.

Daha sonra Füzuli şəhərinin işğal dövründə dağıdılmış vəziyyəti, şəhərin baş planı, inşa olunan yaşayış kompleksləri və mərkəzi park layihəsi barədə də məlumat verilib.

Bu gün həmçinin Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı gözlənilir.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər