Tramp: “İrana qarşı nüvə silahı istifadə etməyəcəyəm” | 1news.az | Xəbərlər
Dünya

Tramp: “İrana qarşı nüvə silahı istifadə etməyəcəyəm”

Oksana Orucova17:30 - Bu gün
Tramp: “İrana qarşı nüvə silahı istifadə etməyəcəyəm”

ABŞ Prezidenti Donald Trump İranla bağlı açıqlamasında bu ölkəyə qarşı nüvə silahından istifadəni zəruri hesab etmədiyini bildirib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O, “Onları ənənəvi üsullarla tam məhv etmişkən niyə nüvə silahından istifadə edim ki? Heç kimə nüvə silahlarından istifadə etməyə icazə verilməməlidir” deyə qeyd edib.

Tramp İranla bağlı fikirlərini bölüşərək ölkədə faktiki olaraq rejim dəyişikliyi baş verdiyini iddia edib. Onun sözlərinə görə, “İranda liderin kim olduğu bəlli deyil. Rejim dəyişib. Liderləri öldü, sonra ikinci qrup gəldi, onlar da getdi və indi üçüncü qrup var. Onlar da eyni aqibətdən narahatdırlar”.

“İrana qarşı nüvə silahı istifadə edərdinizmi?” sualına isə Tramp sərt reaksiya verərək bunu “axmaq sual” adlandırıb. O, İranla bağlı belə bir addımın gündəmdə olmadığını vurğulayıb və nüvə silahlarının ümumiyyətlə istifadə edilməsinin yolverilməz olduğunu bildirib.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər