Türkiyədən İrana daha 6 yardım tırı göndərildi
Van şəhərində tibbi ləvazimatlarla yüklənmiş daha 6 yardım tırı İrana yola salınıb.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da daha əvvəl göndərilən 3 tır ilə birlikdə Türkiyədən İrana göndərilən ümumi yardım tırlarının sayı 9-a çatıb.
Hazırlanan tibbi sərf materialları, dərmanlar, serumlar, tibbi cihazlar, oksigen balonları və xərəkələr qutulara yerləşdirilərək tırlara yüklənib. Yardım daşıyan 6 tır Ağrının Doğubayazıt rayonundakı Gürbulak Sərhəd Keçid Məntəqəsi vasitəsilə İrana yola düşüb.
Bildirilib ki, yardımlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səhiyyə naziri Kamal Memişoğlunun göstərişləri əsasında hazırlanıb. O qeyd edib ki, Van Ərazi Sağlamlıq İdarəsinin əməkdaşları ilə birlikdə toplanan tibbi yardım ləvazimatları qablaşdırılaraq tırlara yüklənib və İrana göndərilib.
Əlavə edilib ki, bundan sonra da İrana humanitar yardım davam etdiriləcək. Van bölgəsi olaraq sərhədyanı dəstəyin davam edəcəyi vurğulanıb.












