Qazaxıstanla ticarət-iqtisadi əməkdaşlıq komissiyasının yeni tərkibi təsdiqləndi | 1news.az | Xəbərlər
Rəsmi

Qazaxıstanla ticarət-iqtisadi əməkdaşlıq komissiyasının yeni tərkibi təsdiqləndi

Qafar Ağayev12:16 - Bu gün
Qazaxıstanla ticarət-iqtisadi əməkdaşlıq komissiyasının yeni tərkibi təsdiqləndi

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan üzrə yeni tərkibində dəyişiklik edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Belə ki, "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2007-ci il 30 mart tarixli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

- "Azərbaycan Respublikasının energetika naziri" sözləri "Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini" sözləri ilə əvəz olunub;

- "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini" abzasından sonra "Azərbaycan Respublikası energetika nazirinin müavini" əlavə olunub;

- "Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini" abzasından sonra "Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini" əlavə edilib;

- "Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri" abzasının sonra "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri" əlavə olunur;

Azərbaycan Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə bildiriş göndərməlidir.

Paylaş:
159

Son xəbərlər

Bütün xəbərlər