AZPROMO rəhbəri ağıllı şəhərsalma idarəçiliyinin əsas tələblərini açıqlayıb | 1news.az | Xəbərlər
Siyasət

AZPROMO rəhbəri ağıllı şəhərsalma idarəçiliyinin əsas tələblərini açıqlayıb

11:07 - Bu gün
AZPROMO rəhbəri ağıllı şəhərsalma idarəçiliyinin əsas tələblərini açıqlayıb

Ağıllı və dayanıqlı şəhərsalma idarəçiliyi dəqiq layihə dizaynı, güclü təsisat, effektiv maliyyələşdirmə, etibarlı tərəfdaşlar və praktiki icra tələb edir.

1news.az report-a istinadən xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri" tədbirində bildirib.

Onun sözlərinə görə, məhz bu səbəbdən bugünkü müzakirə olduqca vacibdir: "Azərbaycan, genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı ərazilər daxil olmaqla, şəhər infrastrukturu və bərpa layihələrinin həyata keçirilməsində dəyərli təcrübə qazanıb. Bu layihələr təkcə daha yaxşı yaşayış mühiti üçün deyil, həm də investisiya, innovasiya və regional bağlantılar üçün yeni imkanlar yaradır".

O qeyd edib ki, Agentliyin əsas məqsədi birbaşa xarici investisiyaların cəlb edilməsi üçün Azərbaycanı tanıtmaq və ixracatçılara öz məhsullarını xarici bazarlara çıxarmağa kömək etməkdir: "Təbii ki, bizim əsas hədəfimiz qeyri-neft və qaz ixracının təşviqidir. Biz "Made in Azerbaijan" brendinin dəstəklənməsi istiqamətində çoxsaylı mexanizmlər tətbiq etmişik. Bu ildən başlayaraq isə yeni bir mexanizm icra etməyi planlaşdırırıq. Bunlardan ən əsası logistika üçün subsidiyaların verilməsidir. Beləliklə, ixracatçılarımız öz məhsullarını xaricə ixrac etdikdə və ya satdıqda, biz onların logistika xərclərinin 75 %-nə qədərini qarşılayacağıq".

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər