Mavriki Prezidenti İçərişəhərlə tanış olub | 1news.az | Xəbərlər
Siyasət

Mavriki Prezidenti İçərişəhərlə tanış olub

11:28 - Bu gün
Mavriki Prezidenti İçərişəhərlə tanış olub

Mavriki Prezidenti Daramber Qoxul İçərişəhər ziyarət edib.

Bu barədə 1news.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, Mavriki nümayəndə heyəti Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.

Qonaqlara İçərişəhərin UNESCO Dünya İrs Siyahısında tutduğu yer, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin yerli icma və sənətkarlarla əməkdaşlıq barədə ətraflı məlumat verilib.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər