Litva Orta Dəhlizdən istifadə etmək istəyir
Litva Orta Dəhlizdən Mərkəzi Asiyaya və Çinə tədarüklər üçün istifadə etmək istəyir.
1news.az "Report"a istiandən xəbər verir ki, bunu Litvada fəaliyyət göstərən Nəqliyyat İnnovasiyaları Assosiasiyasının (Transport Innovation Association - TIA) meneceri Yulius Skakauskas jurnalistlərə açıqlamasında bildirib.
"Litva çox güclü nəqliyyat ölkəsidir, ÜDM-imizin 20 %-i nəqliyyat sahəsinin payına düşür. Biz bu dəhlizdən malların Avropadan Mərkəzi Asiyaya və Çinə tədarükü üçün istifadə etmək istəyirik. Bu, çox vacibdir və əlbəttə ki, biz bu dəhlizi daha effektiv və daha sürətli etmək üçün dəstək vermək istərdik. Azərbaycan nəqliyyat qovşağıdır. Litvanın Orta Dəhlizdən istifadə etməsi üçün böyük imkanları var. Başa düşürük ki, Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və logistikada çox vacibdir", - deyə o qeyd edib.












