Son beş ayda gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Son beş ayda gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

First News Media12:07 - Bu gün
Son beş ayda gecikdirilmiş 378,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-may ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 378,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bu vəsaitin 93 %-i əməkhaqqı, 7 %-i isə müavinət və kompensasiya, zərərə görə ödənclər olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 53 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər