Serbiya Ümumdünya Ətraf Mühit Gününə uğurla evsahibliyinə görə Azərbaycana təşəkkür edib | 1news.az | Xəbərlər
Siyasət

Serbiya Ümumdünya Ətraf Mühit Gününə uğurla evsahibliyinə görə Azərbaycana təşəkkür edib

First News Media12:39 - Bu gün
Serbiya Ümumdünya Ətraf Mühit Gününə uğurla evsahibliyinə görə Azərbaycana təşəkkür edib

Serbiya Ümumdünya Ətraf Mühit Gününə uğurla evsahibliyinə görə Azərbaycana təşəkkür edib.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın evsahiblik etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə məlumat verib.

"Biz Azərbaycana 2026-cı il Ümumdünya Ətraf Mühit Gününü yüksək səviyyədə təşkil etdiyinə görə xüsusi təşəkkürümüzü bildiririk. Bu tədbir vizyonun, fədakarlığın və kollektiv fəaliyyətin gücünün sübutudur və gələcək ev sahibləri üçün yüksək standart yaradır".

Qeyd edək ki, 2027-ci il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi Azərbaycandan Serbiyaya keçib.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər