Simonyan: Seçkilər azad və ədalətli olarsa, gərginlik olmayacaq | 1news.az | Xəbərlər
Dünya

Simonyan: Seçkilər azad və ədalətli olarsa, gərginlik olmayacaq

Qafar Ağayev13:51 - Bu gün
Simonyan: Seçkilər azad və ədalətli olarsa, gərginlik olmayacaq

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkədə seçkilərdən sonra hər hansı postseçki proseslərinin baş verəcəyini istisna edib. 1news.az xəbər verir ki, bu barədə “Novosti-Armeniya” məlumat yayıb. “İstisna edirəm, bu mümkün deyil. Əgər seçkilər azad və ədalətli keçirilirsə, kimin qalib gəlməsindən asılı olmayaraq, belə bir şey ola bilməz”, – deyə Simonyan jurnalistlərə bildirib. O, müxalifətin seçkilərdən sonrakı mümkün inkişaflarla bağlı çağırışlarını şərh edərkən bu fikirləri səsləndirib. Bununla yanaşı, Simonyan hakimiyyətin yenidən seçilməyəcəyi təqdirdə müxalifətə keçməyə hazır olduqlarını da qeyd edib. “Əlbəttə, hazırıq. Məgər biz müxalifətdə olmamışıq? Biz müxalifətdə olmuşuq”, – deyə o əlavə edib.

Paylaş:
77

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər