Ötən həftə 443 yanğın olub, 58 nəfər xilas edilib, 7 meyit aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə 443 yanğın olub, 58 nəfər xilas edilib, 7 meyit aşkarlanıb

First News Media09:45 - Bu gün
Ötən həftə 443 yanğın olub, 58 nəfər xilas edilib, 7 meyit aşkarlanıb

Ötən həftə 443 yanğına çıxış olub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 443 yanğına çıxış, 44 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 58 nəfər xilas edilib, yanğınlar zamanı 15 nəfər təxliyə olunub, hadisələrlə bağlı 4 nəfər xəsarət alıb, 7 nəfərin meyiti təhvil verilib.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər