Azərbaycanın dövlət qurumlarına kiberhücumlar mayda 38 % azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar mayda 38 % azalıb

First News Media10:44 - Bu gün
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar mayda 38 % azalıb

Bu ilin yanvar-may aylarında dövlət qurumlarına 419 kiberhücum indikatoru (IOC) müəyyən edilib.

1news.az xəbər verir ki, "Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 % azdır.

Kibertəhdidlərin 290-ı daxili araşdırma, 132-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə mayda isə 51 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 38 % azdır.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər