Bakıda ata və oğlu dəm qazından ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ata və oğlu dəm qazından ölüb

First News Media11:23 - 08 / 06 / 2026
Bakıda ata və oğlu dəm qazından ölüb

Bakıda mənzildə ata və 13 yaşlı oğlu dəm qazından ölüb, digər azyaşlı övladı zəhərlənib.

1news.az APA-ya istinadən xəbər verir ki, iyunun 7-si saat 17 radələrində 20 Yanvar küçəsində mənzildə yaşayanlar 1974-cü il təvəllüdlü Əbülfəz Abıyev, onun oğlu 2013-cü il təvəllüdlü Kamran dəm qazından zəhərlənərək ölüblər.

Ailənin digər övladı 2005-ci il təvəllüdlü Nurlan zəhərlənmə əlaməti xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
223

Son xəbərlər

Nurlana Əliyeva vəfat edib

01 / 07 / 2026, 14:31
Bütün xəbərlər