Bakıda 6 kiloqramdan çox narkotiklə saxlanılan qadın və kişi həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 6 kiloqramdan çox narkotiklə saxlanılan qadın və kişi həbs edildi

First News Media12:24 - Bu gün
Bakıda 6 kiloqramdan çox narkotiklə saxlanılan qadın və kişi həbs edildi

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

1news.az DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb. Onlardan 6 kiloqramdan artıq narkotik vasitə marixuana və tiryək aşkarlanıb.

Araşdırma zamanı saxlanılanların narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər