İsrail İranın bir neçə bölgəsinə hava zərbələri endirib | 1news.az | Xəbərlər
Dünya

İsrail İranın bir neçə bölgəsinə hava zərbələri endirib

Qafar Ağayev12:36 - Bu gün
İsrail İranın bir neçə bölgəsinə hava zərbələri endirib

İsrail İranın qərb və mərkəzi bölgələrində yerləşən hərbi hədəflərə hava zərbələri endirib.

1news.az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusu yayıb.

İranın “PressTV” telekanalı isə ölkənin paytaxtı Tehranla yanaşı, Təbriz və İsfahan şəhərlərində partlayış səslərinin eşidildiyini bildirib.

Xatırladaq ki, iyunun 8-də İran İsrail istiqamətində ballistik raketlər atıb. Bildirilib ki, bütün raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər