Vüsal Xəlilov: Azəbaycanda kibertəhlükəsizlik risklərinin idarə olunması istiqamətində yeni mexanizmlər hazırlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüsal Xəlilov: Azəbaycanda kibertəhlükəsizlik risklərinin idarə olunması istiqamətində yeni mexanizmlər hazırlanır

Qafar Ağayev10:43 - Bu gün
Vüsal Xəlilov: Azəbaycanda kibertəhlükəsizlik risklərinin idarə olunması istiqamətində yeni mexanizmlər hazırlanır

“Azərbaycanda dələduzluq və kibertəhlükəsizlik risklərinin idarə olunması istiqamətində yeni mexanizmlər hazırlanır”.

1news.az xəbər verir ki, bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə nın (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.

Onun sözlərinə görə, dələduzluq və kibertəhlükəsizlik təhdidləri rəqəmsallaşma və nağdsız ödənişlərin artması fonunda aktuallığını qoruyur: "Bu risklərin idarə olunması istiqamətində Mərkəzi Bank tərəfindən kompleks tədbirlər həyata keçirilir. Əsas istiqamətlərdən biri sektor iştirakçıları ilə birgə dələduzluğa qarşı qaydaların və limitlərin təkmilləşdirilməsidir. Məqsəd daha effektiv mexanizmlər vasitəsilə bu halların qarşısını almaqdır".

O qeyd edib ki, digər mühüm istiqamət Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən FinCERT və Antifrod Mərkəzinin işidir. FinCERT beynəlxalq akkreditasiyadan keçərək beynəlxalq CERT şəbəkəsi olan FIRST tərəfindən tamhüquqlu üzv kimi qəbul edilib: "Bu, maliyyə sektoru üçün əhəmiyyətli nailiyyətdir. Hazırda müxtəlif qurumlarla məlumat və təcrübə mübadiləsi aparılır. Mərkəzi Bank həm rəqəmsal həllərin inkişafı, həm də tənzimləyici çərçivənin təkmilləşdirilməsi üzərində işləyir. İlin sonunadək dələduzluq risklərinin idarə olunması sahəsində yeni qaydaların bazara təqdim olunması gözlənilir".

V. Xəlilov bildirib ki, yeni yanaşma çərçivəsində təşkilatlar riskəsaslı idarəetmə modelini tətbiq edəcək, hər bir qurum öz risk profilinə uyğun daxili qaydalar formalaşdıracaq: "Mərkəzi Bank hesab edir ki, dələduzluq və kibertəhlükəsizlik təhdidlərinin tam aradan qaldırıldığı ölkə təcrübəsi mövcud deyil. Buna görə də bu sahədə mübarizə davamlı xarakter daşıyır və sektor iştirakçıları ilə birgə risklərin minimuma endirilməsi istiqamətində işlər davam etdiriləcək".

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər