Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 2 dəfə artırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 2 dəfə artırıb

First News Media11:18 - Bu gün
Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 2 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 69,8 milyon ABŞ dolları dəyərində 71 min 866 ton neft və neft yağları idxal edib.

1news.az report-a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın neft və neft yağları idxal etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

2026-cı ilin ilk 6 ayı ərzində Gürcüstan xarici ölkələrdən 811,8milyon ABŞ dolları dəyərində 904 min 212 ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 34 % və 12 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 270 milyon ABŞ dolları dəyərində 365,8 min ton, Türkiyədən 106,8 milyon ABŞ dolları dəyərində 87 min ton, Rumıniyadan 105,95 milyon ABŞ dolları dəyərində 115,2 min ton, Belarusdan 50,9 milyon ABŞ dolları dəyərində 51,7 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,4 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.

Paylaş:
126

Son xəbərlər

Bütün xəbərlər