Qızıl ucuzlaşdı, gümüş bahalaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

First News Media10:12 - 20 / 07 / 2026
Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətlərində əsasən artım müşahidə olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, COMEX birjasında avqust müqavilələri üzrə qızılın bir unsiyasının qiyməti 3,80 ABŞ dolları və ya 0,09% azalaraq 4 015 dollara enib. Spot bazarda qızılın bir unsiyası isə 7,58 dollar və ya 0,19% ucuzlaşaraq 4 009,81 dollar təşkil edib.

COMEX-də sentyabr müqavilələri üzrə gümüşün bir unsiyası 0,60 dollar və ya 1,06% artaraq 56,93 dollara çatıb.

Spot bazarda platinin bir unsiyasının qiyməti isə 3,96 dollar və ya 0,25% azalaraq 1 592,60 dollara enib.

Analitiklərin fikrincə, ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşməsi neft qiymətlərini yüksəltsə də, bu proses qızıl üçün müsbət nəticə verməyib. Enerji qiymətlərinin bahalaşması inflyasiya risklərini artıraraq ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağı gözləntilərini gücləndirib. Bu isə dolların möhkəmlənməsinə səbəb olaraq qızıl və platin qiymətlərinə təzyiq göstərib. Gümüş isə həm qiymətli metal, həm də sənaye xammalı kimi güclü tələbin təsiri ilə bahalaşmağa davam edib.

Paylaş:
145

Son xəbərlər

DGK-də yeni təyinat olub

20 / 07 / 2026, 14:40
Bütün xəbərlər