Nəriman Axundzadə “Erzurumspor” tarixində ikinci azərbaycanlı oldu
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Türkiyə Super Liqasının yeni təmsilçilərindən olan “Erzurumspor”la 2026/2027 mövsümünü əhatə edən 1 illik müqavilə imzalayıb.
Bu transferlə Nəriman Axundzadə “Erzurumspor”un tarixində forma geyinən ikinci azərbaycanlı futbolçu olub. Daha əvvəl Azərbaycan millisinin müdafiəçisi Ufuk Budak Türkiyə klubunda çıxış edib. O, 2021-2024-cü illərdə “Erzurumspor”un formasını geyinib və 44 qarşılaşmada meydana çıxıb.
Karyerası ərzində “Qarabağ” və MLS təmsilçisi “Columbus Crew”da çıxış edən Axundzadə Ağdam klubunun heyətində 126 rəsmi oyunda 35 qola imza atıb və 4 məhsuldar ötürmə edib.











