“Trabzonspor” daha bir ulduz futbolçunu transfer edir
“Trabzonspor” yeni mövsümə hazırlıq çərçivəsində transfer fəaliyyətini davam etdirir.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, heyətini Məhəmməd Salahın transferi ilə gücləndirən Türkiyə klubu orta xətt üçün də argentinalı futbolçu Leandro Paredesi nəzərdən keçirir.
Məlumata əsasən, “Trabzonspor” daha əvvəl də 32 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olub. Klub futbolçunun transferi ilə bağlı şərtləri öyrənmək üçün ilkin addımları atıb.
Bildirilir ki, tərəflər arasında ilk təmaslar artıq baş tutub. Paredesin mümkün transferi ilə bağlı danışıqların hansı istiqamətdə davam edəcəyi isə yaxın günlərdə məlum olacaq.
56











