Nazirdən “Son zəng” mesajı: Gənclər seçəcəkləri peşədən asılı olmayaraq ölkənin inkişafına töhfə verəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirdən “Son zəng” mesajı: Gənclər seçəcəkləri peşədən asılı olmayaraq ölkənin inkişafına töhfə verəcəklər

09:51 - Bu gün
Nazirdən “Son zəng” mesajı: Gənclər seçəcəkləri peşədən asılı olmayaraq ölkənin inkişafına töhfə verəcəklər
Elm və təhsil naziri Emin Əmrullayev “Son zəng” münasibətilə məzunlara müraciət edib. 1news.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Emin Əmrullayev qeyd edib ki, bu gün məzunların həyatında yeni bir mərhələ başlayır. “Geridə qalan məktəb illəri şagirdlərə təkcə bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırıb. Nazir müəllimlərə və valideynlərə də təşəkkür edərək, onların bu yolda böyük fədakarlıqla gənclərə dəstək olduqlarını vurğulayıb. O əlavə edib ki, müasir və güclü Azərbaycanın gələcəyi məzunların bilik, bacarıq və intellektindən asılıdır. Emin Əmrullayev inandığını bildirib ki, gənclər seçəcəkləri peşədən asılı olmayaraq ölkənin inkişafına töhfə verəcəklər. Sonda nazir məzunlara uğurlar və yeni nailiyyətlər arzulayıb.
Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər