Bu komissiyada TƏBİB-i Anar Bayramov təmsil etməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu komissiyada TƏBİB-i Anar Bayramov təmsil etməyəcək

1news Redaksiyası11:20 - 28 / 07 / 2026
Bu komissiyada TƏBİB-i Anar Bayramov təmsil etməyəcək

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü"nün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, TƏBİB-i komissiyanın üzvləri sırasında İcraçı direktor yox, direktor müavini təmsil edəcək.

Paylaş:
264

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər