Abşeron və Bakının bir sıra ərazilərində iki gün su olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron və Bakının bir sıra ərazilərində iki gün su olmayacaq

Qafar Ağayev11:41 - Bu gün
Abşeron və Bakının bir sıra ərazilərində iki gün su olmayacaq

Abşeron və Bakının bir sıra ərazilərində iki gün su olmayacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri, Corat bağ massivi, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti başa çatmış qəzalı magistral xəttin bir hissəsi yenisi ilə əvəz olunur.

Bununla əlaqədar olaraq, 28 iyul 2026-cı il səhər saatlarından 30 iyul 2026-cı il günorta saatlarınadək həmin ərazilərin su təminatında fasilə yaranacaq.

ADSEA müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər